Rusiya və Avropa Birliyi rəsmiləri Qarabağı müzakirə etdi

SİYASƏT
13:50 / 15.10.2020
1014

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko və Avropa Birliyinin xarici siyasət komissarının müavini Enrike Mora Dağlıq Qarabağ ətrafında yaranmış situasiya müzakirə olunub.

Xarici KİV-in xəbərinə görə, tərəflər oktyabrın 10-da əldə olunmuş atəşkəs rejiminə riayət olunmasının vacibliyini vurğulayıblar.

Moskva və Brüssel Qarabağdakı situasiya ilə bağlı əlaqədə olmaq qərarı veriblər.

0
Modern.az