Ermənistan humanitar atəşkəsin arxasında terror siyasəti yürüdür - Hikmət Hacıyev

SİYASƏT
14:31 / 15.10.2020
1112

“Tərtər şəhərində Ermənistanın qəbiristanlığa qəsdən hücumu nəticəsində 3 mülki şəxs öldürülüb, 3 nəfər isə ağır yaralanıb”.

HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev twitterdə yazıb.

“Ermənistan humanitar atəşkəsin arxasında gizlənərək dinc insanlara qarşı terror siyasəti yürüdür. Azərbaycan öz mülki şəxslərinin müdafiəsi üçün suveren hüququnu özündə saxlayır”, - H.Hacıyev qeyd edib.

0