Lavrov Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsi şərtini açıqladı

SİYASƏT
15:46 / 15.10.2020
4098

Dağlıq Qarabağda sülhməramlıların və ya müşahidəçilərin yerləşdirilməsi yalnız Azərbaycan və Ermənistanın razılığı ilə mümkündür.

Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov rusiyalı xarici işlər naziri Sergey Lavrovun bu addımın zəruriliyi barədə fikirlərini şərh edərkən deyib.

Kreml rəsmisi bildirib ki, bu məsələdə ilkin sual münaqişə tərəflərinin buna necə baxmasıdır:

"İstənilən sülhməramlıların, müşahidəçilərin və ya digər şəxslərin yerləşdirilməsi ilə bağlı istənilən məsələ yalnız tərəflərin razılığı ilə mümkündür. Azərbaycan və Ermənistan bununla bağlı hələlik hər hansı cavab verməyib".

44