Ermənistan ordusunun sözçüsü məğlubiyyətin səbəbini AÇIQLADI

SİYASƏT
13:35 / 16.10.2020
2337

“Mən ”Smerç”, “Lora”, dron və başqa yeni silah növlərinin vacib olduğunu dəfələrlə yazmışam”.

“Report” “News.am”a istinadən xəbər verir ki, bunu Ermənistan Müdafiə Nazirliyinin rəsmi sözçüsü Arsurun Ovannisyan “Facebook” səhifəsində yazıb

“İllərdir beşinci nəsil müharibənin vacibliyini əsaslandıraraq yazmışam və s.”, - o yazıb.

A.Ovannisyan əslində bu paylaşımı ilə Ermənistan ordusunun texniki təchizatının səviyyəsinin xeyli aşağı olduğunu etiraf edib. Onun ölkəsində hərbi vəziyyət rejimidir. Habelə təmsil etdiyi silahlı qüvvələr Qarabağda işğal altında saxladıqları torpaqlardan Azərbaycanın müasir silahlarla təchiz olunan ordusu tərəfindən qovulur. Bu kimi səbəblərdən Ovannisyan Ermənistan silahlı qüvvələrindəki real vəziyyəti, o cümlədən təmsil etdiyi qurumun silah, hərbi texnika ilə təchizatdan açıq yaza bilmir.

O, bu paylaşımı ilə həm də Ermənistan silahlı qüvvələrinin texniki-təchizat baxımından da Azərbaycan Ordusundan geri qaldıqlarını etiraf edib. Bununla da sözçü Ermənistanın məğlub olmağının səbəblərindən birini dolayı yolla açıqlayıb. Ovannisyan bu üstüörtülü paylaşımı ilə məğlub olduqları üçün özlərinə təskinlik verməyə səy göstərib. O, bu yazısı ilə Ermənistan cəmiyyətinə sanki bunları çatdırır: "Ermənistan müasir hərbi texnika ilə aşağı səviyyədə təchiz olunduğu üçün döyüşlərdə məğlub olur".

0