Prezident İlham Əliyevin oktyabrın 14-də “France 24” televiziya kanalına müsahibəsi Türkiyə mətbuatında da geniş işıqlandırılıb.
Prezidentin jurnalistin “Siz Türkiyə istehsalı olan neçə dron cəlb etmisiniz?”, - sualına gülərək “Hədəflərimizə çatmağımız üçün kifayət qədər varımızdır. Zənnimcə, məni başa düşə bilərsiniz ki, bu, mənim açıqlamamağa üstünlük verdiyim məlumatdır”, - deyə cavab verdiyi kadrlar Türkiyə mediasında “Fransız aparıcının dronla bağlı sualı Əliyevi güldürdü” başlığı ilə manşet olub.
“Qafqazinfo”