Bir qədər əvvəl Ermənistan Prezidenti Armen Sərkisyan Azərbaycanın hazırda Dağlıq Qarabağda gedən müharibədə qalib gələcəyi təqdirdə belə savaşın “fikirlərdə, tarixdə və insan emosiyalarında” uzun illər davam edəcəyini deyib. Bu da döyüşdə uduzan emənilərin faktiki olaraq ideoloji kursa, tarixi savaşa başlama kursundan xəbər verir.
Mövzu ilə bağlı Axar.az-a danışan beynəlxalq hüquq üzrə professor, politoloq Fərhad Mehdiyev bildirib ki, Ermənistan işğalçılıq siyasətindən, təfəkküründən vaz keçmək niyyətində deyil:
“Biz onları tam təslim etməliyik. Qələbəmizi ermənilərə qəbul etdirmək üçün onlardan sərhədyanı sahələrdə əlavə torpaq almalıyıq. Müharibə illərində Azərbaycana vurduğu zərərə görə Ermənistanın əslində bizə kompensasiya borcu var. Ermənistan ərazilərinə girib, bu ölkənin ərazi bütövlüyümüzü tanıması şərtini ortaya qoymaq lazımdır. Kompensasiya tələbimizdən yalnız ermənilərin ərazi bütövlüyümüzü tanıması müqabilində imtina edə bilərik”.
Ermənilərin tarixi iddialarından danışan politoloq qeyd edib ki, 1920-ci il 11 yanvarda Azərbaycanın və Ermənistan fərqli ərazilərlə dünya dövlətləri tərəfindən tanınıb:
“Həmin vaxt – yəni Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi daha böyük idi və özündə Zəngəzur, Meğri, Qafan, Göyçə və s. bölgələrimizi də əhatə edirdi. Yəni AXC bu ərazilərlə dünya tərəfindən tanınıb. Bolşeviklər sözügedən ərazilərimizi Ermənistana 1922-ci ildə verdilər. Bu barədə arxiv sənədlərində yazılıb.
Burada belə bir sual çıxır: Azərbaycan Respublikası AXC-nin varisi olduğunu elan edibsə, biz sözügedən ərazilərimizə niyə iddia etmirik?
Məsələ bundadır ki, biz 1992-ci ildə BMT-nin üzvü olanda Ermənistanın mövcud sərhədlərinə etiraz etməmişik. Bu o deməkdir ki, biz Ermənistanın ərazi bütövlüyünü tanımışıq. Eyni qaydaya görə hamı deyir ki, Qarabağ Azərbaycan ərazisidir, çünki ərazi toxunmazlığı prinsipi var. Ermənistanın 1991-ci ildə əldə etdiyi sərhədlərinə etiraz etmədiyimiz üçün onların torpaqlarını mübahisələndirə bilməyəcəyik, amma tarixi baxımdan bunu dilə gətirmək və müəyyən siyasi proseslər başlada bilərik”.
Məsələni şərh edən millət vəkili Fəzail Ağamalının sözlərinə görə isə ermənilər 200 ildir “Türk bizim düşmənimizdir” şüarı altında hərəkət edirlər:
“Sərkisyanın dediyini ermənilər yüzillərdir edir. Ermənilər bu müddətdə müharibəni beyinlərində, tarix kitablarında faktları saxtalaşdıraraq davam etdiriblər. Musiqimizi, mətbəximizi mənimsəyə-mənimsəyə gedirlər. Azərbaycanın tarixi torpaqlarında Ermənistan dövlətini yaradıblar. Bu dövlətin 1918-20-ci illərdəki ərazisi sovet hökuməti dövründə daha da genişləndi. Onlar Azərbaycanın 108 min kv/km ərazisindən xeyli ərazi götürərək, Zəngəzuru, Göyçə gölünün sağ sahilini və o zaman Qazax qəzasına daxil olan İcevan və Dilicanı mənimsəyiblər. Bu qudurğan, faşist, vandal xalq SSRİ-yə daxil olanda da torpaqlarımızı zəbt etdi, SSRİ dağılanda isə bu dəfə Qarabağı işğal etdi. İndi də “dənizdən-dənizə” dövlət yaratmaq istəyirlər, planın ilk pilləsi də Azərbaycanın tarixi torpaqlarının işğalıdır. Armen Sərkisyan kimi faşistin iddiaları ayrı-ayrı ölkələrin Ermənistana verdiyi güclə ərsəyə gəlib. Ermənilər xəstə şüurla yaşayır, bu, lənətəgəlmiş düşüncə tərzidir. Onu artıq müalicə etmək mümkün deyil”.
Deputat vurğulayıb ki, hazırda bizə düşmən kəsilən ermənilərin qarşısında sədd qoyulur:
“Azərbaycan müqəddəs Ordusu və Ali Baş Komandanı ilə Ermənistanın qarşısını kəsir, torpaqlarımızı işğaldan azad edir. Bu, başlanğıcdır. Biz başladığımızı sona çatdıran millətik”.