"Azərbaycan Ordusu Ermənistan tərəfindən 25 ildən çox müddətdə zəbt edilmiş ərazilərinin 10 faizini artıq öz nəzarəti altına alıb. Hücum davam edir".
Bu barədə Siyasi Araşdırmalar İnstitutunun baş direktoru, politoloq Sergey Markov öz “Facebook” səhifəsində yazıb.
Politoloq qeyd edib ki, bu müharibənin, Ermənistanın siyasi və hərbi məğlubiyyətlərinin əsas səbəbkarı baş nazir Nikol Paşinyandır və o, hər an hakimiyyətdən uzaqlaşdırıla bilər: "Orada hakimiyyət hərbi komitəyə ötürülə bilər. Buna səbəb - Ermənistanın açıq-aşkar hərbi məğlubiyyəti, bir də odur ki, Rusiya açıq-aşkar Sorosun əlaltısı olan Paşinyana kömək göstərmək istəmir. Hərbi əməliyyatlar zamanı Azərbaycan Ordusu əyani şəkildə göstərdi ki, o, daha yaxşı təchiz olunub, daha yaxşı hazırlaşıb və görünür, onun döyüş ruhu da yüksəkdir, çünki o, öz əraziləri uğrunda vuruşur. Axı Rusiya da, dünya birliyi də Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.