İşğal olunmuş Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin sabiq “lider"ləri Arkadi Qukasyan və Bako Saakyan Ermənistanın baş naziri Nikol Paşinyanla görüşmək məqsədilə təcili şəkildə Yerevana gedib.
Yenisabah.az-ın erməni KİV-lərinə istinadən məlumatına görə, tərəflər döyüş zonasındakı vəziyyəti müzakirə ediblər.
Erməni mətbuatı yazır ki, A.Qukasyan və B.Saakyan Yerevana baş nazirin bir gün əvvəl bir sıra partiya nümayəndələri ilə görüşü zamanı səsləndirdiyi fikirlərlə əlaqədar narahatlığını bildirmək üçün yola düşüb.
Həmin görüş zamanı hansı fikirlərin səsləndirildiyi barədə məlumat verilməyib.
N.Paşinyanın mətbuat katibi separatçıların görüşü barədə məlumatı olmadığını desə də, jurnalistlər onların hökumət binasından çıxmasını görüntüyə alıb.