Ermənilər tərəfdə vuruşmuş osetinlərdən ibarət terror dəstəsi – Şok fakt! 

SİYASƏT
09:57 / 21.10.2020
4855

Azərbaycan ordusunun uğurlu əməliyyatlarını gözü götürməyən ermənilər və onların beynəlmiləl havadarları guya bu qələbələrin hansısa mifik xarici dəstələr tərəfindən qazanıldığını iddia edirlər, lakin buna heç bir sübut göstərə bilmirlər.

Bəşər Əsəd kimi həyasızlar isə hətta daha uzağa gedərək “buna sübutumuz olmasa da, belədir” deyə tvit atmışdı. Halbuki ermənilər tərəfdən həmişə başqalarının, xaricdən cəlb edilən quldur terrorçuların döyüşdüyünə dair çoxlu sübutlar vardır. Özü də bu, təkcə indi deyil, 1-ci Qarabağ savaşında da olub. Osetinlərdən təşkil olunan muzdlu banda bunlardan biridir.

1992-ci ildən öncə Gürcüstanın ərazi bütövlüyünü pozmaq üçün döyüşlərə qatılan osetinlər həmin ilin yayında Ermənistan üzərindən Dağlıq Qarabağa gəlir. 36 nəfərlik dəstədə 30 osetin, 3 erməni, 1 kabardin, 1 rus və bizim üçün nə qədər acı olsa da, 1 tatar olub. Dəstəyə Mirza Abayev başçılıq edib. Qondarma “Dağlıq Qarabağ Respublikası” ordusuna qatılan dəstə Ağdam, Ağdərə, Kəlbəcər, Xocavənd döyüşlərində iştirak edib və xüsusi qəddarlığı, başkəsənliyi ilə seçilib. Lakin igid əsgərlərimiz bu osetin bandasını məhv ediblər və 1994-cü ildə atəşkəs imzalananda dəstənin 36 üzvündən yalnız 7 nəfər salamat qalmışdı.

Ordumuz Abayevi 1994-cü ildə Cəbrayıl-Füzuli istiqamətində, dəstənin başqa rəhbərlərindən Boris Əliyevi isə 1993-cü ildə Ağdərə şəhərində məhv etmişdi. Ermənilər Ağdərə (Mardakert) şəhərində Boris Əliyevin adına küçə vermişdilər. Ümumilikdə isə osetin dəstənin 6 üzvü – Mirza Abayev, Nurmaqomed Budayev, Boris Aliyev, Artur Kaçmazov, Alan Varziyev, Alixan Şamxiyev ölümündən sonra qondarma “Arsak qəhrəmanı” adına layiq görülmüşdülər. /Musavat.com

65