Hikmət Hacıyev: Sarkisyan Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir

SİYASƏT
10:48 / 21.10.2020
841

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın sabiq prezident Serj Sarkisyanın “Independent”də yayımlanan müsahibəsində səsləndirdiyi fikrilərə münasibət bildirib.

H.Hacıyev bununla bağlı fikirlərini “Twitter” hesabında yazıb:

“S.Sarkisyan Azərbaycanın mülki şəxslərinin öldürülməsində birbaşa iştirak edib. İndi özünü mələk və sülhsevər kimi təqdim etməyə çalışır. O, Azərbaycan üçün hərbi cinayətkar və uşaq qatilidir”.

0