Ermənistanın eks-prezidenti Robert Koçaryan Qarabağ separatçılarının keçmiş rəhbərləri ilə görüşüb.
Ermənistan KİV-i xəbər verir ki, Yerevanda keçirilən görüşdə Robert Koçaryan qondarma rejimin keçmiş liderləri Bako Saakyan və Arkadi Qukasyanı qəbul edib.
Erməni jurnalistlərin məlumatına görə, tərəflərin Qarabağda Ermənistan Ordusunun darmadağın olmasına görə, siyasi və hərbi məsuliyyətin Nikol Paşinyan hökumətinin üzərinə düşdüyünü qərar verdikləri məlumdur. Robert Koçaryanın başçılıq etdiyi “Qarabağ klanı”nın yaxın vaxtlarda Serj Sarkisyan və s. şəxslərin iştirakı ilə geniş toplantı keçirəcəyi gözənilir.
Qarabağdakı ağır məğlubiyyətlər fonunda “Qarabağ klanı”nın Nikol Paşinyanla dialoqdan imtina edərək, onu hakimiyyətdən devirməyi düşündükləri barədə xəbərlər var.