“Azərbaycan ordusunun indi etdikləri Azərbaycan xalqı üçün azadlıq missiyasıdır. Bu, dədə-baba torpaqlarını işğaldan azad etmək missiyasıdır”.
Bunu rusiyalı şərqşünas-türkoloq Yuri Mavaşev deyib.
“Azərbaycan ordusunun müharibəni necə aparmasına, Hadrutdakı döyüşlərə və digər şəhərlərin azad olunmasına heyran qalıram. Bütün çətinliklərə, problemlərə, böhranlara, koronavirusa və s. baxmayaraq, Azərbaycan ordusunun qəhrəmanlığı açıq-aydın görünür”, - rusiyalı ekspert vurğulayıb.
Ermənistanın Azərbaycanın dinc şəhərlərinə raket zərbələri endirməsini şərh edən Y.Mavaşev bildirib: “Tamamilə aydındır ki, bu müharibə lap əvvəldən mülki hədəflərə zərbələr endirilməsi ilə xarakterik olub, özü də Azərbaycan ərazilərinə zərbələr Qarabağdan deyil, Ermənistandan olur. Bu, əsas məqamdır. Çünki Ermənistan KTMT-ni müharibəyə cəlb etmək, Rusiyanın onun tərəfini tutması üçün praktiki olaraq davamlı təxribatlara əl atır. Yaxşı ki, Kremlin buradakı mövqeyi düzgün elan edilib. İndi Moskvanın balanslı mövqeyini görürük. Aydındır ki, hər hansı müdafiə ittifaqında - istər KTMT olsun, istərsə də NATO - olan ölkə başqa ölkəyə hücum edə bilməz. Ermənistan öz gələcəyinə dair qərar verməlidir. Onlar nə istəyirlər? Yenə bu təcriddə qalmağa davam etmək, yoxsa, konstruktiv inkişaf etmək, yaşamaq?”. (Report)