“Qarabağ məsələsi Azərbaycan sərhədləri çərçivəsində həll edilməlidir” - ABŞ-ın NATO-dakı səfiri

SİYASƏT
13:37 / 22.10.2020
876

ABŞ-ın NATO-dakı səfiri Key Beyli Hatçison Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi və sərhədləri çərçivəsində həll edilməli olduğunu elan edib. 

HİT.Az Qafqazinfo-ya istinadən xəbər verir ki, Hatçison qeyd edib ki, Şimali Atlantika İttifaqı ABŞ və Rusiyanın etdiklərini, yəni Dağlıq Qarabağdakı qarşıdurmanı dayandırmağa çalışır.

Səfir ABŞ, Rusiya və Fransanın həmsədrlik etdiyi ATƏT-in Minsk Qrupunun münaqişəni ilkin mərhələyə qaytarmaq istədiyini xatırladıb. ABŞ-ın NATO-dakı səfirinin sözlərinə görə, “bu, həll edilə bilər və o zaman münaqişə sona çatacaq”.

“Hər iki tərəfi şiddəti və qətlləri dayandırmağın yollarını müzakirə etməyə çağırırıq”,- deyə Hatçison qeyd edib.

Bu problemin 30 ildir ki, irinlədiyini vurğulayan səfirin sözlərinə görə, məsələ hərbi münaqişə ilə həll edilə bilməz, bu, sərhədlər və suverenlik daxilində həll edilməlidir: “Bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni şeydə israr edir”.

Xatırladaq ki, Ermənistan sentyabrın 27-də Azərbaycana qarşı hərbi əməliyyatları bərpa etdikdən sonra Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücum əməliyyatına başlayıb.

Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisinə qarşı terror hücumları həyata keçirir, sərhəd yaşayış məntəqələrinə top atəşi edir və cəbhədən uzaq şəhərləri orta mənzilli raketlərlə atəşə tutur.

0