“Dağlıq Qarabağa gələn Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarətinin qurulmasının qarşısını almaq üçün erməni qoşunları və könüllüləri tərəfindən aparılan hərbi əməliyyatlara rəhbərliyi öz üzərinə götürəcək”.
Bu barədə Rusiyanın “Milli Müdafiə” jurnalının baş redaktoru, hərbi ekspert İqor Korotçenko Telegram kanalında bildirib.
Onun sözlərinə görə, Laçının itirilməsi rəsmi İrəvanın məğlubiyyətində həlledici olacaq: “Hazırda Ermənistan müdafiə nazirliyinin yüksək vəzifəli şəxslərinin İrəvandan Dağlıq Qarabağa səfərləri radioəlaqə olmadan, mobil telefonlar və rabitə söndürülmüş şəkildə həyata keçirilir. Bu, Azərbaycan tərəfinin radioelektron kəşfiyyat vasitəsilə onların Qarabağdakı yerini aşkarlamasına imkan verməməsi üçün edilir”.