Erməni təxribatı nəticəsində Azərbaycanda ölən və yaralanan mülki vətəndaşların sayı açıqlanıb.
Bu barədə Baş Prokurorluğun mətbuat xidmətinin məlumatında qeyd olunub.
Bildirilib ki, sentyabrın 27-dən hazırkı vaxtadək ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində 65 mülki şəxs həlak olub, 297 nəfər yaralanıb.
Eyni zamanda, 402 mülki obyekt, 90 yararsız vəziyyətə düşmüş çoxmənzilli yaşayış binası və 2243 yaşayış evi yarasız vəziyyətə düşüb.