Cəbrayıl istiqamətində vurulan PUA-dan PKK qoxusu gəlir - Məşhur ekspert

SİYASƏT
20:30 / 26.10.2020
1573

Türkiyənin tanınmış hərbi eksperti Abdullah Ağar 3 gün öncə zərərsizləşdirilən Ermənistan PUA-sı barədə paylaşım edib. 

O, öz Twitter hesabında Azərbaycan Müdafiə Nazirliyinin Cəbrayıl rayonu istiqamətində məhv etdiyi Ermənistana məxsus “BZEZ” zərbə pilotsuz uçuş aparatının şəkillərini sosial şəbəkədə yayaraq belə şərh verib:

“Azərbaycan əsgərlərinin Cəbrayıl cəbhəsində vurduğu bombalı PUA! İçinə partlayıcı maddə yerləşdiriblər. Bunları ilk dəfə İŞİD-də görmüşdük. Sonra YPG/PKK-da! İndi də Ermənistan ordusunda. Şübhəm odur ki, bu istehsaldan PKK qoxusu gəlir. Onların mallarına çox bənzəyir”.

7
Qafqazinfo.az