Putin NATO-ya sövdələşmə TƏKLİF ETDİ

SİYASƏT
14:59 / 26.10.2020
1987

Rusiya prezidenti Vladimir Putin NATO-ya orta və uzaq mənzilli raketlərlə bağlı yeni sövdələşmə təklif edib.

Rusiya KİV istinadən xəbər verir ki, Putin 9M729 raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər.

“Rusiya 9M729 raketlərini Avropada yerləşdirməkdən imtina edə bilər. Amma bunun üçün NATO ölkələri, o cümlədən ABŞ da analoji addım atmalıdır”-deyə Putin söyləyib.

Rusiya lideri ABŞ-ın yaxın və orta mənzilli raketlər barədə müqavilədən çıxmasını səhv addım hesab edib.

6
Qafqazinfo.az