Azərbaycan XİN-dən “Euronews”un çəkiliş qrupunun atəşə tutulmasına MÜNASİBƏT

SİYASƏT
16:17 / 27.10.2020
853

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) “Euronews”un çəkiliş qrupunun Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulmasına münasibət bildirib.

HİT.Az-ın xəbərinə görə, XİN-in “Twitter” hesabında bildirilib ki, beynəlxalq humanitar hüquq jurnalistlərə qarşı hücumları qadağan edir.

Qeyd olunub ki, “Euronews”un çəkiliş qrupunun hücumuna məruz qalması mülki vətəndaşları və jurnalistləri hədəf alan Ermənistanın əsl üzünü bir daha göstərir: “Ermənistan beynəlxalq hüquqa dair öhdəliklərini kobud şəkildə pozaraq jurnalistlərə hücum edir!”

0