Putin bunu Paşinyana mütləq deməlidir, əks halda... - Ərdoğandan sərt mesaj

SİYASƏT
14:46 / 28.10.2020
6066

“Ermənistan Azərbaycanın torpaqlarını işğal edib. 30 il keçib.  Buna baxmayaraq ATƏT-in Minsk qrupu deyilən ABŞ, Fransa və Rusiya problemi həll edə bilmədi. Hər toplantıda oturub müzakirə etdilər, sonra dağılışdılar. Liderlərlə görüşlərimiz oldu. Hörmətli Rusiya Prezidenti Vladimir Putinlə müzakirələrimiz baş tutdu. Azərbaycanla bağlı prosesi dəyərləndirdik”.

Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin iclasında deyib. O, Rusiya Prezidenti Vladimir Putinlə ötən gün baş tutan telefon danışığından da bəhs edib:

“Dedik ki, bu işə Qafqazda son verək. İstəyirsənsə, birlikdə problemi həll edək. Siz Paşinyan, mən isə İlham Əliyev qardaşımla müzakirə aparaq, işi həll edək. Bir qərar verək, problemi həll edək. Həll edə bilmərik? Səmimi bir addım ataq. Biz problemi həll etmək məcburiyyətindəyik, səmimiyik. Sizin də səmimi olduğunuza inanıram. Gözəl görüşümüz oldu. Ümid edirəm, nəticəsi olacaq. Qırmızı xəttimizi də söylədik. Bu xətlər aşılanda, kimsə inciməsin, atamızın oğlu belə olsa, gözünə baxmarıq.

Deyirlər ki, biz Suriyadan Azərbaycana qüvvələr göndəririk. İndi 2000 nəfərə yaxın PKK-lı Ermənistandan 600 dollar maaş alır. Putin dedi ki, mənim onlardan xəbərim yoxdur. Cavab  verdim ki, mən sizə xəbər verirəm. “Bu PKK-lılar Suriyada fəaliyyət göstərirdi, Suriyadan gəlirlər” dedim. Cənab Putinin bunlara üz verəcəyini inanmıram. Lakin bunu Paşinyana mütləq deməlidir. Əks halda lazımi tədbirlər görüləcək”.

1
“Qafqazinfo”