Dağlıq Qarabağdakı vəziyyət Ermənistan üçün olduqca arzulanmaz ssenari üzrə inkişaf edir. İrəvanın bütün əməliyyat planları uğursuz oldu, Azərbaycan təşəbbüsü öz üzərinə götürdü və sentyabrın 27-dən etibarən onu əlində saxlayır. Bu, Ermənistan üçün tamamilə fəlakətlə nəticələnə bilər.
Bu sözləri rusiyalı hərbi analitik Pavel Felgenhauer Ermənistanın “168.am” nəşrinə müsahibəsində deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda Azərbaycan Ordusu Laçını azad edəcək:
“Demək olar ki, bu, yaxın bir neçə saatın işidir. Azərbaycan Silahlı Qüvvələri artıq Laçına yaxınlaşıb. Erməni silahlı qüvvələri hələ də Ağdamın mərkəzi istiqaməti, Xankəndidədir. Lakin bu, heç nə demək deyil, çünki Azərbaycan Ordusu bütün sahələrdə seçilir”.
Rusiyanın bu məsələdəki mövqeyindən danışan hərbi analitik Moskvanın Ermənistana bunu açıq şəkildə söylədiyini vurğulayıb:
“KTMT öhdəlikləri Qarabağa heç bir şəkildə şamil edilmir. Rusiya bu münaqişəyə heç bir halda müdaxilə etməyəcək.
Cəbhə xəttindəki uğursuzluqlar və Rusiyanın reaksiyası səbəbindən İrəvanda çaxnaşma yarana bilər. Paşinyan da “əllərini üzəcək”, çünki Azərbaycan başqa səviyyədə yeni müharibə aparır. İndi Paşinyanın baş qərargahının məşğul olduğu yeganə məsələ Rusiyanın öz siyasətini köklü şəkildə dəyişməsini təmin etmək üçün türk işğalına nail olmağın yollarını axtarmaqdır”. /Axar.az