Putin Türkiyənin vasitəçiliyi haqqında danışdı

SİYASƏT
18:40 / 29.10.2020
1910

“İlk mərhələdə döyüş əməliyyatlarını, insanların ölməsini dayandırmaq, danışıqlar masası arxasına oturmaq lazımdır”.

Hit.Az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin həllindən danışarkən deyib.

“Minsk qrupu və həmsədrlər tərəfindən formalaşdırılmış təkliflər əsasında, Minsk qrupunun üzvü olan digər ölkələrin - Türkiyə və bəzi Avropa ölkələri daxil olmaqla orada çox ölkə var - iştirakı ilə konsensus və maraqlar balansını tapmaq lazımdır. Bunu etmək olar”, - deyə Rusiya lideri vurğulayıb.

Putin həmçinin bildirib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin yalnız hər iki tərəfin - Azərbaycan və Ermənistanın maraqları arasında balans tapıldıqdan sonra mümkün olacaq.

1