“Müxalifətçiliyimizi dayandırmışıq...” - İsa Qəmbər

SİYASƏT
13:21 / 03.11.2020
3351

"Bütün gücümüz, enerjimiz, resurslarımızla dövlətimizin, ordumuzun yanındayıq".

Qaynarinfo xəbər verir ki, bunu Milli Düşüncə Mərkəzinin lideri İsa Qəmbər deyib. İsa Qəmbər jurnalistlərin, medianın iqtidar-müxalifət "savaş"ları üçün darıxdıqlarını bildirib:

"Biz sözümüzü demişik: Torpaqlarımız uğrunda hərbi əməliyyat davam etdiyi müddətdə könüllü şəkildə müxalifətciliyimizi dayandırmışıq, siyasi fəaliyyətimizi məhdudlaşdırmışıq.

Adını nə qoyursunuz, qoyaq: İkinci Qarabağ savaşı, Vətən müharibəsi, İstiqlal Savaşı - bu savaş bütün torpaqlarımız işğaldan azad olunana qədər davam edəcək".

2