Ermənilər Azərbaycanın işğal altında olan Xankəndi şəhərini tərk etməkdə davam edir.
HİT.Az “Qafqazinfo”ya istinadla xəbər verir ki, son günlər insanlar intensiv şəkildə şəhərdən çıxıb və sakinlərin əhəmiyyətli şəkildə azalması ilə şəhərin küçələri boş qalıb.
Özünü Xankəndinin “mer”i kimi təqdim edən David Sarkisyan “Sputnik Ermənistan”a açıqlmasında bildirib ki, sentyabrın 27-də Dağlıq Qarabağda hərbi əməliyyatlar başlayana qədər şəhərdə 56 min sakin yaşayıb. İndi isə bu rəqəm 17 min təşkil edir. “İndi Xankəndi sakinlərinin əksəriyyəti Ermənistana köçüb, əhalinin təxminən 30% -i şəhərdə qalır”, -deyə o, bildirib.
D.Sarkisyan qalan insanların da Ermənistana gedəcəklərini istisna etməyib.