Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycanı Dövlət bayrağı günü münasibətilə təbrik edib.
HİT.Az-ın məlumatına görə, bu barədə o, öz "Twitter" səhifəsində paylaşım edib.
"Qardaş Azərbaycanın Dövlət bayrağı gününü təbrik edirəm! Qəhrəman ordunun azad etdiyi torpaqlarda şanlı Azərbaycan bayrağı yenidən dalğalanır. Üçrəngli bayrağınla məsud yaşa, can Azərbaycan!" - deyə paylaşımda qeyd olunub.