Ərdoğan Putinə Qarabağ məsələsini həll etməyi təklif etdi

SİYASƏT
11:48 / 09.11.2020
1581

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə Dağlıq Qrabağ probleminin həlli ilə bağlı işçi qrupun yaradılmasını təklif edib.

Bu barədə Türkiyə mətbuatı bildirir.

Qeyd olunur ki, bu məsələ iki lider arasında keçirilmiş telefon danışığı zamanı müzakirə olunub.

Putin təklifi alqışlayıb, artıq yaxın zamanlarda Qarabağ məsələsi ilə bağlı danışıqlar ikitərəfli formata keçə bilər. Bu format ATƏT Minsk qrupunun işindən kənarda fəaliyyət göstərəcək.

Yeni işçi qrup atəşkəsdən sonrakı müddətdə tədbirlər və siyasi tənzimlənmə prosesinin aparılması üzərində işləyəcək.

0
Virtualaz.org