Qarabağda vuruşan 24 ölkənin terrorçularının kimliyi bəlli oldu - SİYAHI 

SİYASƏT
14:44 / 09.11.2020
6382

Qarabağda Ermənistan tərəfində muzdluların döyüşməsi artıq dəqiq təsdiqini tapmış məlumatlardır. Bu barədə bir çox dünya mediasında da reportajlar yer alıb. 

Fransanın FRANCE 24 telekanalı yazır ki, Dağlıq Qarabağda Ermənistan erməniləri ilə yanaşı, Fransa diasporunun üzvləri də döyüşür.

"Reuters" bildirib ki, muzdlulardan biri Livandakı iqtisadi böhranla əlaqədar Ermənistana gəlib və Qarabağda döyüşlərə yollanıb. Livandan döyüşçülərin olmasının Ermənistan Müdafiə Nazirliyi də təsdiqləsə də, konkret say açıqlanmayıb.

"Associated Press" də öz reportajında Livandan gələn muzdlu döyüşçülərə diqqət ayırıb. Qeyd olunub ki, bu ölkədən çoxlu sayda etnik erməni döyüşlərə qatılıb.

Bundan başqa, "Kommersant" qəzetinin müxbiri Kirill Krivoşeyev öz "Telegram" kanalında Rusiya vətəndaşlarının 1 500 dollar müqabilində döyüşlərə qatıldığınıı yazıb.

"Kommersant"da dərc olunan digər materialda Rusiyadakı ermənilərin Qarabağa getdiyi vurğulanır.

Fransanın "Liberation" qəzeti isə ASALA terror təşkilatının 64 yaşlı üzvü, terrorçu Gilbert Minasyanın Dağlıq Qarabağa Fransadan özü ilə birgə gətirdiyi digər muzdlularla yollandığını yazıb.

Bu günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb.

Həmin materiallar təhlil olunarkən, onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.

Bu fakt bir daha təsdiqlədi k, Ermənistan ordusunda muzdlu döyüşçülər, əsasən də terrorçular o qədər də az deyil.

“VoMA” terror təşkilatında könüllü qismində qeydiyyata alınmış 255 şəxsin də haqqında konkret mlumatlar daxil olub. 

Bizim.Media-nın əldə etdiyi məlumatlara görə, hazırda düz 24 ölkədən Azərbaycanın sərhədlərini qanunsuz keçərək Qarabağda vuruşan xarici ölkə vətəndaşları var. Onların əksəriyyəti terror təşkilatı olan “VoMA”da cəmləniblər. 

ABŞ vətəndaşı olan 29 etnik erməni hazırda Qarbağdadır. Onlardan aşağıda təqdim etdiyimiz 3 nəfər ən fəal terrorçulardır.


1. Aruşan (Aroushan) Badasyan, 27 may 1968-ci ildə anadan olub. ABŞ vətəndaşıdır, Kaliforniya ştatı, Qlendeyl şəhəri, Central Aveneu Ste ev 815 S, mənzil 8 ünvanında yaşayır. 2020-cilin sentyabr ayının sonunda Ermənistanın Yerevan şəhərinə, oradan da işğal altında olan Dağlıq Qarabağ ərazisinə gələrək Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qanunsuz silahlı birləşmənin tərkibində terror əməllərini törətmişdir. Barəsində axtarış elan edilmişdir.

2. David Koroghlyan, ABŞ vətəndaşıdır. Los Angeles şəhərində yaşayır. 2020-ci ilin oktyabr ayının əvvəllərində Ermənistana, oradan da dövlət sərhədini qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün gəlmişdir.

3. Allen Sayadyan, 40 yaşı vardır, ABŞ vətəndaşıdır. Kaliforniya ştatı, Qlendeyl şəhəri, Wilson Aveneu ev 740 E, mənzil 201 ünvanında yaşayır. 2020-ci ilin  oktyabr ayının əvvəllərində Ermənistana, oradan da dövlət sərhədini qanunsuz keçərək Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisində qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak etmək üçün gəlmişdir.


Avstraliya vətəndaşları. Dağlıq Qarabağ ərazisində 2020-ci ildə başlamış müharibənin ilk vaxtlarında qanunsuz silahlı birləşmələrə döyüşçü qismində siyahıya alınmış, hazırda həmin silahlı birləşmələrin tərkibində Ermənistan tərəfindən döyüşməsi araşdırılan Avstraliyanın iki vətəndaşının da adı var. Onlar Qaribian Patrik və McGerigor Svendir.

Belarus vətəndaşları. Qaniçən terrorçu Vabişeviç (Serov, Sırov) Sergey Valeryeviç, 20 iyul 1967-ci ildə Belarus Respublikası Brest vilayətinin Kobrin şəhərində anadan olub.

Belarus vətəndaşı olsa da (Pasport AB 2929333) Rusiyanın Moskva şəhərində daimi yaşayır. 1990-cı illərin əvvəllərində 1-ci Qarabağ Müharibəsində, 2016-cı ilin aprel döyüşlərində, 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində Ermənistan silahlı qüvvələri tərəfindən snayper kimi iştirak edib. 
Hazırkı döyüşlər zamanı noyabrın 5-də yaralanması haqqında məlumat əldə olunub.

Erməni milyarder Samvel Karapetyanın şəxsi killer kimi də tanınır. Barəsində cinayət işi başlanıb.

Daha iki nəfər Belarus vətəndaşı Anait Martirosyan və Armen Mkrtçyandır.

2020-ci ilin sentyabr-oktyabr aylarında Ermənistana, oradan da dövlət sərhədimizi pozaraq döyüşmək üçün Qarabağa keçiblər. 

Belçika vətəndaşları. Berteryan Kristian, Terteryan Anuş, Petrosyan Davit, Akopian Hakop, Akopian Aram, Agalovian Haik və Petrossian Peter də daxil olmaqla 7 nəfər Belçika vətəndaşı olan etnik erməninin Qarabağda vuruşduğu aşkarlanıb. 

Onların içində ən fəal terrorçu kimi tanınan Peter Petrossiandır.

O, 04 oktyabr 1977-ci ildə Suriyanın Zəmər qəsəbəsində anadan olub. Brüssel şəhəri, Steenokkerzeel, de Lannoylaan 3 ünvanında yaşayır. Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində dəfələrlə qanunsuz gedib-gəlib. Dağlıq Qarabağ ərazisinə gedərək qanunsuz silahlı birləşmə üzvlərilə görüşlər keçirməsi məlum olub. Onun vasitəçiliyi ilə İraqdan Qarabağa muzdlu döyüşçülərin və silah-sursatın gətirilməsinin təşkil edilməsi yoxlanılır.

2020-ci ildə başlamış müharibənin ilk vaxtlarında qanunsuz silahlı birləşmələrə döyüşçü qismində siyahıya alınmış, Ermənistan tərəfindən döyüşməsi araşdırılan Braziliya vətəndaşı Brites Deividy, Danimarka vətəndaşı Furungyan Hakob, Hindistan vətəndaşları Roy Dinda, Sibasish Bhatt Dev də var.

Setrag Balian isə Fələstin vətəndaşıdır, Qüds şəhərində yaşayır.

2020-ci ilin oktyabr ayında Ermənistanın Yerevan şəhərinə, oradan da dövlət sərhədini qanunsuz keçib Azərbaycan Respublikasının işğal olunmuş Dağlıq Qarabağ ərazisinə gələrək qanunsuz silahlı birləşmələrin tərkibində döyüşlərdə iştirak edir. 

19
Bizim.Media