İlham Əliyev Azərbaycan ordusunu praktiki olaraq sıfırdan yaratdı - Rus politoloq 

16:52 / 09.11.2020
1016

Rusiyalı politoloq və jurnalist Yevgeni Mixaylov "Youtube" kanalında Azərbaycanın Qarabağdakı azadlıq əməliyyatı, dünya ermənilərinin yalanları və süqutu barədə genişmiqyaslı analitik videoicmal yayımlayıb.

O, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik təşəbbüsü və strategiyası sayəsində yeni bir Azərbaycan ordusunun yaradılmasına nə qədər səy sərf olunduğunu qeyd edib.

"Azərbaycanın lideri İlham Əliyevə hörmət etməliyik. Azərbaycan ordusunu praktiki olaraq sıfırdan yaratdı. 25 ildir ki, heç vaxt mövcud olmayan bir ordu yaradıldı... Nəticədə Azərbaycan müasir, yüksək texnoloji silahlarla təchiz edilmiş, təlimli və intizamlı bir ordu, Silahlı Qüvvələr əldə etdi! Komandanlıq heyəti yaradıldı və yetişdirildi, ehtiyatlar hazırlandı, hərbi, maddi-texniki və komandanlıq strukturları yaradıldı, silahlı qüvvələrin qolları arasında qarşılıqlı əlaqə təkmilləşdirildi... Yavaş, uzun, israrla ... 25 il", - deyə Mixaylov bildirib. 

Onun fikrincə, Şuşa və Laçının itirilməsi erməni qrupunun maddi və texniki dəstəyinin azalmasına səbəb olacaq və bunu Qarabağdakı sepraratçı rejiminin mövcudluğunun sonu adlandırmaq olar:

“Erməni qrupunun hərbi qələbələri yoxdur və olmayacaq da. Ermənistan xalqı bunun üçün hakimiyyətə gəldiyi andan etibarən Rusiyanın dost olmadığını bəyan edən və rus ordusu ilə əlaqəsi olan zabitləri sistematik şəkildə təmizləyən Nikol Paşinyana təşəkkür etsin".

0
"MediaPost"