"Hesab edirəm ki, indi ABŞ-ın Ermənistana kömək etmək imkanı yoxdur”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq, sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarov Amerika Birləşmiş Statlarının yeni seçilən prezidenti Cozef Baydenin Ermənistana Qarabağ məsələsində dəstəyindən danışarkən deyib. O bildirib ki, bu məsələdə Amerika rəsmi mövqeyini açıqlayıb:
"Amerikanın rəsmi mövqeyi ondan ibarətdir ki, o Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Bu baxımdan hesab edirəm ki, böyük dəyişikliklər olmayacaq. İkincisi məsələ də ondan ibarətdir ki, seçkiqabağı bəyanatlar və real siyasət təbii fərqlənir. Bu təkcə Baydenə deyil, bütün prezidentlərə aiddir. Ücüncüsü, bəlkə də əsas məsələ ondan ibarətdir ki, Bayden öz səlahiyyətlərini yanvarın 20-dən sonra həyata keçirəcək”.
Tofiq Zülfüqarov hesab edir ki, o vaxta kimi Qarabağ problemi həll olunacaq.