"Rusiyalı həmkarı Vladimir Putinlə söhbətinin tam mətni Azərbaycan Prezidenti İlham Əliyevin saytında yayımlanıb”.
HİT.Az xəbər verir ki, bu haqda Rusiyanın Rosbalt.ru saytında gedən xəbərdə deyilir. Saytın məlumatı belə davam edir:
"Videokonfransın stenoqramından belə çıxır ki, Əliyev Putinə türkiyəli hərbi personalın Dağlıq Qarabağda yerləşəcək sülhməramlı missiyasında iştirakı barədə məlumat verib. Bu, Kremlin mətbuat katibi Dmitri Peskovun yalnız rus sülhməramlıların Qarabağda yerləşməsi haqda açıqlamasını təkzib edir.
Əliyev münaqişənin həllində və sülh sənədinin imzalanmasında fəal iştirakına görə Putinə təşəkkür edib. Eyni zamanda, köməyi üçün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
"Bugünkü açıqlamanın məqamlarından biri də Rusiya ilə Türkiyənin ortaq sülhməramlı missiyasıdır. Beləliklə, biz bölgədə təkcə münaqişələrin həlli çərçivəsində deyil, həm də gələcək inkişaf üçün yeni bir mükəmməl qarşılıqlı format yaradırıq”, - Əliyev deyib.
Qeyd edək ki, bundan əvvəl Peskov türk sülhməramlılarının Dağlıq Qarabağda iştirakı məsələsinin heç kimlə razılaşdırılmadığını bildirmişdi. Rusiya və Azərbaycan prezidentləri ilə Ermənistanın Baş nazirinin birgə bəyanatında türk sülhməramlıları haqqında heç bir şey deyilmədiyini sözlərinə əlavə etmişdi.
Xatırladaq ki, noyabrın 10-da Rusiya, Ermənistan və Azərbaycan rəhbərləri Qarabağda atəşkəs barədə birgə bəyanat qəbul edib”.