Çavuşoğlu: "Ermənistan atəşkəsi pozmağın bədəlini ağır ödədi"

SİYASƏT
18:55 / 11.11.2020
903

“Türkiyənin hər bir vətəndaşı Can Azərbaycan deyir”.

HİT.Az xəbər verir ki, bu barədə bu gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada və Bakıda keçirilən birgə ağacəkmə mərasimində bildirib.

"Bu hamımızın ürəyindən gələn sözdür. Hər zaman Can Azərbaycanın yanında olduğumuzu söylədik. Amma bu, sadəcə sözlə deyil. Hər platformada Azərbaycanın bizə dəstək verdiyi kimi, biz də Can Azərbaycan dəstəyimizi göstərdik. Qəhrəman Azərbaycan Ordusu böyük mübarizə ilə işğal edilmiş torpaqları bir-bir geri aldı. Arada atəşkəslə bağlı razılaşmalar oldu. Azərbaycan diplomatik yolla da torpaqlarını geri almağa hazır olduğunu göstərdi. Amma işğalçı Ermənistan hər dəfə atəşkəsi pozdu. Həm də insanlıq cinayətləri, müharibə cinayətləri törədərək, mülki şəxslərə hücum edərək... Bu vəsiləylə Azərbaycan xalqına da minnətdarlığımı bildirmək istəyirəm. Üzərinə raketlər gəlməsinə baxmayaraq, Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin və qəhrəman Ordusunun yanında duraraq böyük dirəniş göstərdi. Ermənistan bu atəşkəsi pozmağın bədəlini ağır ödədi və ən sonunda təslim olmaq məcburiyyətində qaldı. Halbuki biz illərdir eyni çağırışı edirdik ki, işğal etdiyi torpaqlardan çıxsın, sülhlə çıxsın. Amma Ermənistan bunu seçmədi. Nəticədə Azərbaycan böyük qələbə əldə etdi və edir", - deyə nazir qeyd edib.

0