"Dağlıq Qarabağın işğaldan azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm".
HİT.Az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Rusiya ilə Türkiyə atəşkəs monitorinq mərkəzi haqqında müqavilə imzalayıb.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Rusiya ilə birgə sülhməramlıların tərkibində yer alacaq: "Müqavilənin imzalanması ilə Azərbaycan xalqını və qardaşım İlham Əliyevi təbrik edirəm. Hər zaman olduğu kimi biz Azərbaycanın yanında olduq və işğalın sona çatması üçün hər bir şeyi etdik".