Ermənistan müxalifəti noyabrın 12-si (bu gün) saat 17:00-da Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə yürüş-mitinq keçirməyi planlaşdırır.
“TASS” xəbər verir ki, bu barədə müxalifət qüvvələrinin nümayəndələri bildirib:
“Hakimiyyət bizim qanuni tələblərimizə repressiyalarla cavab verdi. Etiraz hərəkatının liderləri güc strukturları tərəfindən saxlanılıb. Vətəninə biganə olmayan hər kəs saat 17:00-da yürüşə gəlin. Bizim tələbimiz Paşinyanın istefasıdır. Lakin biz Ermənistanda siyasi məhbusların azadlığı uğrunda da mübarizə aparacağıq”.
Qafqazinfo.az