Rövşən Nəcəfov
"İnsan Mühəndisliyi" proqramının rəhbəri
"Qarabağ Azərbaycandır!" müharibəsi yekunlaşdı.
"Qarabağ Azərbaycandır!" ideoloji mübarizəsi davam edir.
Şəhidlik zirvəsinə ucalmış insanlarımızın bizə miras qoyduqları mənəvi xəzinəni qorumaq üçün yolumuza davam etməliyik!
"Qarabağ Azərbaycandır!” ideyası Azərbaycan tarixinin və gələcəyinin mənəvi xəzinəsidir.
Hər bir ideoloji mübarizənin məntiqi davamı müharibədir. Yəni, ideoloji mübarizənin sonu müharibə deyil.
Müharibədə qalib gəlmək qabiliyyətdir.
Mübarizədə daimi qalib gəlmək ideyaya inanmaqdır.
Müharibə yeni və ya yenilənmiş ideoloji xəttin yaranmasında tarixi bir prosesdir. Qərarların hökmranlıq etdiyi bir dövrdür. Müharibə bitəndən sonra ideoloji mübarizə davam edir. Yəni, hökmlü qərarların davamiyyətidir. İdeoloji mübarizə əbədi davam edən bir prosesdir.
Biz xalq olaraq ideoloji mübarizəmizi davam etdirməliyik!
Azərbaycan bayrağının dalğalanması ideoloji mübarizəmizin davam etməsidir!