“Qarabağdakı ermənilərə mədəni muxtariyyət verilə bilər” - Polad Bülbüloğlu

SİYASƏT
17:26 / 12.11.2020
1302

"Azərbaycan hakimiyyəti Dağlıq Qarabağın erməni əhalisinə mədəni muxtariyyət verilməsi imkanını nəzərdən keçirir".

Yenisabah.az xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu onlayn brifinq zamanı deyib.

O bildirib ki, bu gün Dağlıq Qarabağın statusu yoxdur:

“Bu, ən yaxşı halda orada yaşayan erməni əhali üçün mədəni muxtariyyət ola bilər”.

Səfir əlavə edib ki, Qarabağı tərk etmiş azərbaycanlılar oraya qayıdacaq.

21