MM-də Bülbüloğlu müzakirəsi: İstefa verməlidir!

SİYASƏT
12:44 / 13.11.2020
4193

Azərbaycan 44 gün Vətən Müharibəsini apardı, 300-ə yaxın şəhər, qəsəbə, kəndi düşməndən təmizlədi. Artıq dünya Azərbaycan ordusu barədə yüksək fikirlər söyləyirlər.

Axar.az xəbər verir ki, bunu Milli Məclisin plenarn iclasında çıxış edən deputat Vahid Əhmədov deyib.

V.Əhmədov böyük qələbə münasibətilə Ali Baş Komandanı, Ordumuzu, Milli Məclis üzlərini, Azərbaycan xalqını təbrik etdi:

“İmzalanan bəyanat faktiki olaraq Ermənistanın hərbi kapitulyasiyası idi. Bəyanatda bir sıra məsələlər var ki, bizimçün çox əhəmiyyətlidir. Xüsusilə də muxtariyyat, status məsələsinin olmaması qeyd edilməlidir. Çox təəssüflər olsun ki, bəzi insanlar yenə də muxtariyyat məsələsini gündəmə gətirirlər. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu elə bil ki, Rusiya xarici işlər naziri Sergey Lavrovu əvəz edir. Belə insanlar artıq Azərbaycan siyasətində qala bilməzlər! Onlar özləri istefa verib getməlidirlər! Cənab prezidentin dediyi kimi, “nə qədər mən prezidentdəm, heç bir statusdan söhbət gedə bilməz!”

V.Əhmədov 44 günlük Vətən Müharibəsi günlərində Azərbaycanın yanında olan Türkiyə dövlətinə və xalqına, prezident Rəcəb Tayyib Ərdoğan və onun komandasına, həmçinin Pakistan dövlətinə, baş nazirinə, xaqlına təşəkkür etdi.

0