Ermənistanı kifayət qədər dəstəkləməməsi ilə bağlı Rusiyanın ünvanına səslənən ittihamlar əsassızdır.
Trend-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
O bildirib ki, Moskva həm Azərbaycan Prezidenti İlham Əliyevi, həm də Ermənistanın baş naziri Nikol Paşinyanı Rusiyanın dostu hesab edir.
D.Peskov əlavə edib ki, ATƏT Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün formullar təklif edib, bunların qəbul edilməsi qan tökülməsinin qarşısını ala bilərdi:
“Bu formulalar mövcud idi, danışıqlar prosesinin iştirakçıları bunlardan xəbərdar idi. Əgər iki il əvvəl onlar reallaşdırılsaydı, bu qanlı müharibə olmazdı”.