Putin İlham Əliyev və Paşinyanla Qarabağ bəyanatının icrasını müzakirə etdi

SİYASƏT
22:41 / 14.11.2020
2068

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın telefon danışığı olub.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Telefon danışığı zamanı Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatda qeyd olunan razılaşmaların həyata keçirilməsinin praktik aspektləri müzakirə edilib. Atəşkəs rejiminin qorunmasından və təmas xətti boyunca vəziyyətin sakitliyindən məmnunluq ifadə olunub”, - deyə məlumatda bildirilir.

4
Qafqazinfo.az