44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı.
Bu müddət həm də digər tərəfdən yanımızda və qarşımızda olan ölkələri tanımağa imkan yaratdı. Müsəlman ölkələri arasında Pakistan və Türkiyənin mənəvi dəstəyini tam olaraq görsək də, digər Şərq ölkələrinin laqeydliyini hiss etdik.
Mövzu ilə bağlı "MediaPost"a açıqlama verən şərqşünas Sübhan Talıblı ermənilərin Osmanlı imperiyasında hansı adla tanınmaları, Şərq ölkələrindəki fəaliyyətləri barədə məlumat verib. Mütəxəssis həmçinin ASALA terror təşkilatının bu ərazilərdə həyata keçirdiyi terror aktları ilə bağlı da fikir bildirib.
Mediapost.az