Eks erməni vitse-spiker Paşinyanın Moskvaya zəngindən yazdı

SİYASƏT
17:17 / 16.11.2020
1151

“Baş nazir Nikol Paşinyan Moskvaya zəng edərək Dağlıq Qarabağın qaytarılan bölgələrindəki sakinlərin əmlaklarının çıxarılması üçün son tarixin 15-dən 25-dək təxirə salınması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə əlaqə saxlamağı xahiş edib”.

Bu barədə Ermənistan parlamentinin keçmiş vitse-spikeri Arpine Ovannisyan öz feysbuk səhifəsində yazıb.

Xatırladaq ki, ötən gün Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Azərbaycanın işğal olunmuş ərazilərinin təhvil verilməsi üçün Ermənistan tərəfinin 25 noyabr tarixinə qədər əlavə vaxt istədiyini açıqlamışdı:

“Ermənilərin Ağdamı 20 noyabr, Laçını isə dekabrın 1-dək təhvil verməsini nəzərdə tutan vaxt olduğu kimi saxlanılır. Bircə Kəlbəcərlə bağlı bu zaman 15 noyabrdan 25 noyabradək uzadılıb”.

0
qafqazinfo.az