"Bu, sadəcə Ermənistan üçün məğlubiyyət deyil. Razılaşma Cənubi Qafqazdakı güc nisbətini kökündən dəyişdirir".
Bu barədə İsveç xəbər agentliyi "Dagens Nyheter" tərəfindən Azərbaycan, Rusiya və Ermənistan arasında əldə olunan razılaşmanın şərh edildiyi məqalədə qeyd olunub.
Məqalədə ermənilərin razılaşmanı xəyanət və təslim kimi qiymətləndirdiyi və Yerevan küçələrinə çıxan minlərlə nümayişçinin müqaviləni imzalayan Baş nazir Nikol Paşinyandan istefa etməsini tələb etdiyi bildirilib.
Maykl Viniarski müəllifi olduğu yazıda Türkiyənin dəstəyinin önəmli rol oynadığını vurğulayıb.
Məqalədə bildirilib ki, çoxları bu vəziyyəti Rusiyanın Cənubi Qafqazdakı ən vacib müttəfiqi olan Ermənistanı təslim edib, xəyanət etdiyi şəkildə şərh edib və Moskvanın ermənilərə hücum ediləcəyi təqdirdə kömək üçün qoşun göndərəcəyini söyləyən 1992-ci il kollektiv müdafiə müqaviləsinə baxmayaraq müdaxilə etməyib. Lakin Rusiya prezidenti Vladimir Putin hərbi əməliyyatlar başladığı zaman müqavilədəki öhdəliklərin yalnız Azərbaycan Ermənistan ərazisinə hücum edəcəyi təqdirdə aktual olacağını açıqlamışdı. Dağlıq Qarabağ, beynəlxalq hüquqa görə, Azərbaycana məxsus olduğu üçün Moskvanın müdaxilə etmək üçün rəsmi bir öhdəliyi yoxdur.
Vinierski Putinin Türkiyənin Cənubi Qafqaza daxil olmasına icazə verdiyini, lakin onun NATO müttəfiqi olan həmkarının Qafqazda möhkəmlənməsini istəmədiyini yazıb.
Beləliklə, bölgədə yeni bir tarazlıq quruldu. Moskva artıq Cənubi Qafqazın tək kralı deyil.