“Şəhərsalma ilə bağlı həm Azərbaycan, həm də xarici mütəxəssisləri işğaldan azad edilmiş ərazilərə dəvət edirik”.
HİT.Az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfəri zamanı deyib.
Onun sözlərinə görə, yeni şəhərsalma planı qurulacaq: “Kəndlərin, şəhərlərin, infrastrukturun, ekologiyanın bərpası ilə bağlı planlar var. Hamısını da icra edəcəyik. Necə ki, torpaqlarımızı qaytardıq. Düşməni məhv etdik, üçrəngli bayrağımızı ucaltdıq. Bütün qalan məsələləri də həll edəcəyik”.