Asim Mollazadə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi ilə görüşüb

SİYASƏT
16:48 / 17.11.2020
971

Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycandakı nümayəndəsi Növber Ferit Veçhi ilə görüşüb.

Görüşdə Azərbaycan-Şimali Kipr münasibətləri, Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində yaranmış yeni reallıqlar, Kiprin yeni prezidenti Ersin Tatarın Azərbaycana gözlənilən səfəri, son dövrlərdə Şərqi Aralıq dənizində baş verənlər təxribat və digər məsələlər müzakirə edilib.

Asim Mollazadə qonağa partiyanın fəaliyyəti ilə bağlı ətraflı məlumat verib. 

0