Putin: Buna Bakı qərar verəcək

SİYASƏT
09:13 / 18.11.2020
2416

 "Türkiyə heç vaxt Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini gizlətməyib". 

Bunu Rusiya Prezidenti Vladimir Putin "Rossiya-24" telekanalına müsahibəsində deyib.

"Onlar birtərəfli qaydada Azərbaycanı dəstəklədilər. Azərbaycan bütün dünya ictimaiyyətinin onun hesab etdiyi öz ərazilərini geri qaytardı. Bu baxımdan Azərbaycanın özünə istənilən müttəfiqi seçmək hüququ var idi. Azərbaycan suveren dövlətdir, vacib bildiyi müttəfiqi də seçə bilər. Bunu kim inkar edə bilər ki?"

Putin əlavə edib ki, Qarabağ məsələsində Türkiyəyə hər hansı bir qiymət verilə bilər, ancaq onu beynəlxalq hüququ pozmaqda ittiham etmək olmaz.

Rusiyalı lider onu da bildirib ki, Qarabağdakı vəziyyətin monitorinqi ilə bağlı Birgə mərkəzin harada yerləşəcəyinə Bakı özü qərar verəcək.

0
Qafqazinfo.az