Ermənistan müxalifətindən prezidentə xəbərdarlıq

SİYASƏT
11:08 / 18.11.2020
947

Ermənistan prezidenti Armen Sarkisyanın ölkədə yaranmış siyasi böhrandan çıxmaq üçün təqdim etdiyi “yol xəritəsi” müxalifət tərəfindən birmənalı qarşılanmayıb. Baxmayaraq ki, Armen Sarkisyan çıxış yolunu əsas etibarilə Ermənistan Baş nazirinin istefasında görür. Onun fikrincə, Paşinyan hakimiyyəti peşəkarlardan formalaşdırılacaq milli razılıq hökumətinə təhvil verməlidir. Müxalifət isə hesab edir ki, Armen Sarkisyanın fikirləri “ziddiyyətli təəssürat” yaradır.

Erməni KİV xəbər verir ki, “Çiçəklənən Ermənistan” partiyası Armen Sarkisyanın təklifi ilə bağlı açıqlama yayıb. Açıqlamada Ermənistan prezidentindən 2 suala cavab vermək xahiş olunur.

“Ermənistan prezidenti Armen Sarkisyan xalqa müraciət edərək müzakirələr nəticəsində ərsəyə gələn "yol xəritəsi"ni açıqladı. Ölkənin təhlükəsizliyinin qarantı olan şəxsin ziddiyyətli təəssürat yaradan fikirlərini diqqətlə dinlədik. Beləliklə, Ermənistan prezidentinə iki sual:

1. Qeyd edirsiniz ki, Nikol Paşinyan hakimiyyəti peşəkarlardan ibarət olan milli razılıq hökumətinə təhvil verərək istefaya getməlidir. Bu, Baş nazirin dərhal istefasını tələb edən 17 siyasi qüvvənin mövqeyini tam bölüşdüyünüz və ona dəstək verməyiniz anlamına gəlirmi?

2. Təqdim etdiyiniz "yol xəritəsi" Paşinyan hökumətinin güclənməsinə yönəldilməsi mümkündürçü? 

Bu iki suala aydın və birbaşa cavab verməsəniz, Artsaxın təslim edilməsinə görə digər səlahiyyətlilərlə bərabər şəkildə məsuliyyət daşıdığınızı söyləməliyik”, - açıqlamada deyilir.

0
yenisabah.az