Ermənilər Bülbülün ev muzeyini də viran qoyub - VİDEO

21:36 / 18.11.2020
1703

Hərbçilərimiz Şuşa şəhərində - Bülbülün ev muzeyində olublar.

Yayılan  görüntülərdə muzeyin eksponatlarının məhv edildiyi, evin odun anbarı kimi istifadə edildiyi aydın görünür. Bundan əlavə Bülbülün büstü də ermənilər tərəfindən tanınmaz hala salınıb.

Qeyd edək ki,  1992-ci ilə qədər Bülbülün Şuşada yerləşən ev muzeyi  iki otaq və eyvandan ibarət idi. Bülbül həmin evdə anadan olub və uşaqlıq illərini orada keçirib. Muzeydə Bülbülün uşaqlıq illərindən bəhs edən foto-şəkillər, şəxsi əşyalarından bəziləri, o cümlədən onun qavalı da nümayiş etdirilirdi.

Bülbülün ev muzeyinin əvvəlki və işğaldan sonrakı görüntülərini təqdim edirik:

 

6
yenisabah.az