"Qarabağ Azərbaycan torpağıdır..." - Makron

SİYASƏT
11:23 / 23.11.2020
2923

"Beynəlxalq hüquqa görə Dağlıq Qarabağ bölgəsi və ətrafındakı 7 rayon Azərbaycan torpağıdır. Suveren dövlətin tələbi olmadıqca da müdaxilə etməyə haqqımız yoxdur".

HİT.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron ona ünvanlanan "Terrorla mübarizə çərçivəsində Dağlıq Qarabağa müdaxilə etmək üçün sizə mane olan nədir" sualına cavabında deyib.

"Məsələn, Maliyə müdaxilə etdik, çünki dövlət "terrorçular bizə hücum edir" deyərək dəvət etdi. Suriyada da koalisiya qüvvələrinə qatıldıq, çünki terrorçular yenə dövlətlərə hücum edirdi. Dağlıq Qarabağda isə vəziyyət fərqlidir. Bu səbəbdən daha kompleks bir hadisədir", - deyə Makron bildirib.

0