Prezident: Əsgərlərimiz görəndə ki, ermənilər çıxa bilməyib...

SİYASƏT
13:30 / 25.11.2020
810

Bizim əsgərlərimiz görəndə ki, Ağdam rayonunun bir kəndində erməni əhalisi vaxtında çıxa bilməyib, onlara çıxmaq üçün şərait yaradıblar.

HİT.Az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Kəlbəcər rayonunun Azərbaycana təhvil verilməsi ilə bağlı xalqa müraciətində deyib.

"Onlara söz deyən olmayıb. Amma mənfur düşmən bizim meşələrimizi yandırır, evlərimizi yandırır, su xəttini sıradan çıxarıb. Hesab edir ki, bu, bizi dayandıracaq? Biz istənilən yerə su xətti çəkmişik - ucqar dağlara çəkmişik, dağ kəndlərinə çəkmişik. Hamısını bərpa edəcəyik, hamısını. Artıq müvafiq göstərişlər verilibdir və əminəm ki, biz bu işləri vaxtında görəcəyik", - Prezident bildirib.

0