Fransa Senatının qətnaməsinin hər hansı hüquqi hökmü yoxdur. Ancaq Senat Fransanın qərar qəbul edən orqanıdır və bu siyasi baxımdan əhəmiyyətlidir.
Bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Haber Global”a müsahibəsində bildirib.
O, uzun müddət ATƏT MQ həmsədri olan Fransa tərəfindən irəli sürülən qərarın onun bitərəfliyini sual altına qoyduğunu vurğulayıb.
“Fransa Senatının qərarı beynəlxalq hüquqa ziddir”, - deyə XİN sözçüsü əlavə edib.
O, artıq Fransanın ölkəmizdəki səfiri Zaxari Qrossun Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırıldığını da qeyd edib.
“Onunla görüş keçirildi və Azərbaycan tərəfinin etirazını əks etdirən nota Fransa tərəfinin diqqətinə çatdırıldı”, - deyə Leyla Abdullayeva bildirib.