Azərbaycan Yüksəliş Partiyasının (AYP) Təşəbbüs Qrupunun onlayn formada toplantısı keçirilib.
HİT.Az xəbər verir ki, toplantıda pandemiya şərtləri nəzərə alınaraq, partiyanın onlayn qurultayının keçirilməsi, nizamnamə, məramnamə və digər sənədlərin hazırlanması və digər məsələlər müzakirə edilib.
Təşəbbüs Qrupunun üzvlərinin əksəriyyətinin iştirak etdiyi toplantıda AYP-nin ilk qurultayının dekabrın 6-da keçirilməsinə, dövlət qeydiyyatına alınmaq üçün lazım olan sənədlərin ən qısa zamanda yekunlaşmasına qərar verilib.