Laçın qayıtdı: Azərbaycan kritik mərhələyə başlayır - ŞƏRH

SİYASƏT
10:26 / 01.12.2020
1871

Azərbaycan ordusunun Laçına daxil olması ilə Qarabağ münaqişəsində önəmli bir mərhələ başa vuruldu. Bundan sonra bütün diqqət Qarabağ münaqişəsinin diplomatik yolla nizamlanması prosesinə yönələcək. Belə ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 9 noyabr razılaşmasının şərtləndirdiyi mübahisələr həll olunmalıdır. 

Qaynarinfo xəbər verir ki, Qafqaz Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı bundan sonrakı mərhələdə rəsmi Bakının atacağı addımları şərh edib.

Onun sözlərinə görə, hərbi qələbəmizin diplomatik masada davam etdirilməsi üçün risklər olsa da, Azərbaycan təmkinlə prosesi uğurla apara bilər: 
 
"Həqiqətən kritik nöqtəyə gəlib çatdıq. Bundan sonrası bu günə qədərkindən daha yaxşı olmalıdır. Dövlət də, cəmiyyət də bu gündən sonra bu günə qədərkindən daha diqqətli, daha şüurlu, daha əzmli olmalıdır.

Hərbi prosesin növbəti addımları diplomatik proseslə birlikdə ancaq uğura köklənməlidir.

Riskləri olduğundan daha böyük, imkanları olduğundan kiçik dəyərləndirmək bizi qorxaqlığa, imkanları olduğundan daha böyük, riskləri olduğundan çox daha kiçik görmək isə bizi uğursuz addımlara sövq edə bilər.

Burada dövlətimizin strateji planlaşdırma və strateji qərar qəbuletmə qabiliyyəti önəmli olacaq”.

1